Avropa Liqası: 1/4 final cütləri bu gün bilinəcək
Futbol
- 15 mart, 2024
- 07:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılacaq.
“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olacaq.
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin iştirakçıları: “Atalanta”, “Roma”, "Milan" (hamısı İtaliya), “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Bayer 04” (Almaniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa).
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.
Son xəbərlər
11:44
Məcnun Məmmədov: "Qarabağda torpaqlar 50/50 nisbətində əhaliyə və investorlara paylanır"
ASK
11:44
Anar Əliyev: "Gələn il 173 min işsiz və işaxtaran şəxs işlə təmin olunacaq"
Maliyyə
11:41
Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
Maliyyə
11:41
Bellinqem 23 yaşında Kasilyasın 20 illik rekordunu qırıb
Futbol
11:40
Əhməd İsmayılov: Azərbaycan Radiosu ədəbi dilin saflığının qorunmasında misilsiz rol oynayıb
Media
11:40
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad ediləcək
Biznes
11:39
Məcnun Məmmədov: "Aqrar sahədə 90 %-lik vergi güzəşti tətbiq olunacaq"
ASK
11:39
Nazir: "Büdcədə 6-cı sosial islahat paketi üçün maliyyə təminatı yaradılıb"
Maliyyə
11:36
Nazir: "Gələn il sosial yönümlü xərclər 18,7 milyard manata çatdırılacaq"
Maliyyə