AFFA “Turan Tovuz”u azarkeşlərinə görə 1800 manat cərimələyib
Futbol
- 27 fevral, 2024
- 10:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi “Turan Tovuz”u azarkeşlərinə görə 1800 manat cərimələyib
“Report” xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” ilə keçirilən ev oyununda qeydə alınan neqativ hallar olub.
Azarkeşlərinin meydana kənar əşya atmaları Tovuz təmsilçisinin 800 manat cərimələnməsinə yol açıb. Bundan başqa, tovuzlular rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal mövsümdə üçüncü dəfə yaşandığından, “Turan Tovuz” daha 1000 manat ziyana düşüb.
Eyni zamanda, qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılan 6 ədəd oturacağa görə stadiona dəyən zərər “Neftçi” tərəfindən ödənilməlidir.
Son xəbərlər
15:54
Çin XİN: Pekin Yaxın Şərq münaqişəsinin həlli üçün Fars körfəzi ölkələri ilə dialoqu gücləndirməyə hazırdır
Digər ölkələr
15:54
Bakıda qorunan obyektlərin 90 %-i Mərkəzi Planlaşdırma Rayonunda yerləşir
İnfrastruktur
15:52
Gələn il bitkilərin mühafizəsinə 6 milyon manata yaxın vəsait sərf olunacaq
Maliyyə
15:51
Atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı hazırlanacaq
Ekologiya
15:49
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
Daxili siyasət
15:45
BP AÇG-nin dərində yerləşən laylarından neft hasilatı üçün quyu istismara verib
Energetika
15:44
Qazaxıstanın dövlət borcu 85,6 milyard dollara çatıb
Maliyyə
15:43
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb
Maliyyə
15:42
Səngəçal terminalı ilə neft və kondensat ixracı 138 milyon barel təşkil edib
Energetika