AFFA "Neftçi"ni futbolçularının cəzalarına görə cərimələyib
Futbol
- 05 mart, 2019
- 09:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Neftçi" klubunu 1000 manat cərimələyib.
"Report"un məlumatına görə, buna "Sabah" komandası ilə Azərbaycan Premyer Liqasının XIX tur matçı zamanı flaqmanın futbolçularının davranışları səbəb olub. "Ağ-qaralar" 6 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüblər. Daha 200 manat cərimə isə Məhəmməd Mirzəbəyovun 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılması üzündən kəsilib. Futbolçunun özü isə martın 10-da "Neftçi"nin səfərdə "Sumqayıt"la keçirəcəyi oyunda iştirak etməyəcək.
Qeyd edək ki, "Neftçi" "Sabah"la görüşdə 3:0 hesabı ilə qalib gəlib.
Son xəbərlər
17:23
6-cı "Korkut Ata" Film Festivalında Samir Kərimoğlunun "Torpağı sanı yaşayasan" filmi nümayiş olunub
Mədəniyyət siyasəti
17:18
Foto
Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub
Xarici siyasət
17:18
Azərbaycanda 10 ayda büdcədən 297 milyon manata yaxın vəsait geri qaytarılıb
Maliyyə
17:16
Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
Energetika
17:16
Corc Rassell mühərrik dəyişikliyinə görə 5 mövqe cərimələnib
Fərdi
17:15
Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Digər
17:15
Abşeronda Zəfər bayramı ərəfəsində silsilə tədbirlər keçirilib
Daxili siyasət
17:10
MKA: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur
İKT
17:08
Gələn il Heydər Əliyev adına NEZ-in yenidənqurulmasına ayrılan vəsaitin həcmi açıqlanıb
Energetika