Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar

Fərdi
  • 02 noyabr, 2026
  • 11:11
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar

Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

WSF versiyası üzrə keçirilən yarışda Aytən Qədirova (kata), Hikmət Ağayev (+18 yaş kateqoriyası, 60 kq, kumite) və Elmin Hüseynli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

44 filmi