Rusiya şirkəti Türkiyəyə LNG satacaq

Energetika
  • 18 noyabr, 2026
  • 14:05
Rusiya şirkəti Türkiyəyə LNG satacaq

Rusiyanın ən böyük müstəqil təbii qaz istehsalçısı "Novatek" Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üzrə müqavilə imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Leonid Mixelson jurnalistlərə açıqlamasında bildirib.

"Bundan başqa, qaz sahəsinə investisiyalarla bağlı variantları müzakirə edirik", - o bildirib.

Türkiyəyə tədarük ediləcək LNG-nin dəqiq həcmi açıqlanmayıb.

Bildirilib ki, daha əvvəl Verona Avrasiya İqtisadi Forumu çərçivəsində L.Mixelson Türkiyəni LNG tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamağa çağırıb və tədarükün artırılması ilə bağlı danışıqlar barədə məlumat verib.

44 filmi