"GL Group" və "SLB" Azərbaycanın neft-qaz sektorunda birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
- 09 noyabr, 2026
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın ilk özəl neft-qaz şirkətləri qrupu olan "GL Group" və "SLB" beynəlxalq neft-servis şirkəti neft-qaz sektorundakı əsas meylləri və birgə fəaliyyət üçün perspektivli istiqamətləri nəzərdən keçiriblər.
"Report" "GL"ə istinadən xəbər verir ki, şirkətin baş ofisində "SLB"nin bu yaxınlarda vəzifəyə başlamış Azərbaycan, Türkmənistan və Gürcüstan üzrə idarəedici direktoru Yuliya Qridasova, eləcə də "SLB"nin Xəzər regionu və Özbəkistanda quyuların tikintisi divizionunun rəhbəri Zaur Əliyevlə görüş keçirilib.
Danışıqlar zamanı tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Görüş iştirakçıları qarşılıqlı maraq doğuran bir çox mövzuları müzakirə edib və regionda şirkətlər arasında məhsuldar əməkdaşlığın qurulması imkanlarını ətraflı şəkildə təhlil ediblər.
"GL Group"da aparılan dialoqun əhəmiyyətini vurğulayaraq gələcəkdə birgə təşəbbüslərin reallaşdırılması üçün mütəmadi olaraq əlaqələri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.