"Equinor" Almaniya şirkəti ilə qaz tədarükünə dair 18 illik müqavilə bağlayıb

Energetika
  • 24 noyabr, 2026
  • 13:40
Equinor Almaniya şirkəti ilə qaz tədarükünə dair 18 illik müqavilə bağlayıb

Norveçin "Equinor" enerji şirkəti Almaniyanın VNG şirkəti ilə 2044-cü ilin sonunadək təbii qaz tədarükünə dair uzunmüddətli müqavilə bağlayıb.

"Report" xəbər verir ki, bu barədə "Equinor"un mətbuat xidmətinin məlumatında bildirilib.

"Equinor" 2044-cü ilin sonunadək Almaniyanın VNG şirkətinə təbii qaz tədarük edəcək. 18 illik müqavilə Equinor və Qərbi Almaniya şirkətləri konsorsiumu arasındakı 1986-cı il sazişindən sonra ən uzunmüddətli müqavilə olacaq", - məlumatda qeyd olunub.

Tədarük 2027-ci il yanvarın 1-də başlayacaq, qaz "Trading Hub Europe"a çatdırılacaq. Müqavilə çərçivəsində Norveç şirkəti Almaniyanın Saksoniya federal əyalətindən olan idxalçıya 1,4 milyard kubmetrə qədər təbii qaz tədarük edəcək.

Müqaviləni "Equinor"un rəhbəri Anders Opedal və VNG AG-nin baş direktoru Ulf Haytmyuller imzalayıblar.

44 filmi