“Bibiheybət” Gəmi Təmiri Zavodunda 162 günəş paneli quraşdırılıb
Energetika
- 18 oktyabr, 2024
- 08:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun (GTZ) istehsalat sexlərinin birinin damında 512 kvadratmetr ərazidə hər biri 690 Vt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb.
"Report" xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilir ki, sistem günəş panellərindən, invertor, kabelləşmə, SCADA idarəetmə qurğusundan və sayğacdan ibarətdir. Buradakı invertor qurğusuna 10 il, günəş panellərinə isə 25 il zəmanət verilib.
Hesablamalara görə, Abşeronda il ərzində 2200-2400 saat günəşli hava şəraiti olur. Buna uyğun olaraq “Bibiheybət” GTZ-də quraşdırılan sistem vasitəsilə il ərzində 380 Volt, 240-260 MVt elektrik enerjisinin istehsal edilməsi gözlənilir.
“Bibiheybət” Gəmi Təmiri Zavodunda 162 günəş paneli quraşdırılıb
На территории судоремонтного завода "Бибиэйбат" установлены солнечные панели площадью 512 кв.м
Solar panels spanning 512 sq.m installed at Bibiheybat ship repair yard
Son xəbərlər
11:59
Palata sədri: "Əmək pensiyaları üzrə xərclərin artımı indeksləşmədən qaynaqlanır"
Maliyyə
11:57
Dəmir yolu islahatları DSMF-nin sosial sığorta gəlirlərinə təsir edib
Maliyyə
11:56
Foto
Laçında Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edilib
Sosial müdafiə
11:55
Azərbaycan mediasının Vətən müharibəsi dövründəki fəaliyyəti müzakirə olunub
Media
11:55
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
Biznes
11:53
Vüqar Gülməmmədov: "Sığorta prinsiplərinə əsaslanmayan xərclər DSMF-nin vəsaitləri hesabına maliyyələşdirilir"
Maliyyə
11:53
DSMF və İSF-nin büdcəsində investisiya gəlirlərinin əks olunması təklif edilib
Maliyyə
11:52
Komitə sədri: Effektiv məşğulluğun təmin edilməsi əsas hədəflərdən biridir
Milli Məclis
11:52
Şirinləşdirilmiş mineral və qazlı içki istehsalı aksiz vergisinə cəlb olunacaq
Biznes