Qobustanda qanunsuz ov edən şəxs cərimələnib
Ekologiya
- 14 avqust, 2018
- 10:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov edilməsi hallarının qarşısını almaq məqsədilə Qobustan rayonu ərazisində reyd keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, reyd zamanı rayonun Çuxanlı kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılaraq ondan ov tüfəngi və ovlanmış tülkü götürülüb.
Araşdırma zamanı qanun pozucusunun Qobustan rayon sakini Şahin Maksudov olduğu müəyyən edilib.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona qanunamüvafiq qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.
Son xəbərlər
21:37
Demokratlar Konqresdə idarəetməni ələ alsa, Donald Tramp İlon Maskı həbsdən qoruyacaq
Digər ölkələr
21:27
SEPAH: İranda terror aktının qarşısı alınıb
Region
21:18
"Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək
Futbol
21:18
Tokayev Qazaxıstana zərər vurmağa cəhd edənlərin məsuliyyətə cəlb olunacağını bildirib
Digər ölkələr
21:11
Makron enerji böhranında Fransaya dəstəyə görə Yaxın Şərq ölkələrinə təşəkkür edib
Digər ölkələr
21:09
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
Region
20:53
Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt" "Şəfa" ilə bərabərə qalıb
Futbol
20:42
Polşanın BMT-dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib
Digər ölkələr
20:36
Cənubi Koreyada avtobusun dərəyə aşması nəticəsində 20-dən çox insan yaralanıb
Digər ölkələr