Müşfiqabadda Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirlikləri ağacəkmə aksiyası keçirib

Ekologiya
  • 05 noyabr, 2026
  • 18:52
Müşfiqabadda Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirlikləri ağacəkmə aksiyası keçirib

Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

"Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aksiyada nazirlər Rəşad İsmayılov və Fərid Qayıbov, hər iki qurumun rəhbər heyəti, əməkdaşları, eləcə də gənclər və könüllülər iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.