Hava şəraiti kəskin dəyişəcək, güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Ekologiya
- 06 fevral, 2019
- 12:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli hidrometeorologiya departamentindən "Report"a verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Son xəbərlər
15:54
XİN: Çin Yaxın Şərq münaqişəsinin həlli üçün Fars körfəzi ölkələri ilə dialoqu gücləndirməyə hazırdır
Digər ölkələr
15:54
Bakıda qorunan obyektlərin 90 %-i Mərkəzi Planlaşdırma Rayonunda yerləşir
İnfrastruktur
15:52
Gələn il bitkilərin mühafizəsinə 6 milyon manata yaxın vəsait sərf olunacaq
Maliyyə
15:51
Atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı hazırlanacaq
Ekologiya
15:49
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
Daxili siyasət
15:45
BP AÇG-nin dərində yerləşən laylarından neft hasilatı üçün quyu istismara verib
Energetika
15:44
Qazaxıstanın dövlət borcu 85,6 milyard dollara çatıb
Maliyyə
15:43
Avrozonada inflyasiya son 3 ilin ən yüksək səviyyəsinə çatıb
Maliyyə
15:42
Səngəçal terminalı ilə neft və kondensat ixracı 138 milyon barel təşkil edib
Energetika