Azərbaycanda icazəsiz ov edən ərəblər saxlanılıblar
Ekologiya
- 13 sentyabr, 2018
- 06:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfəri saxlayıb.
Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.
Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.
Son xəbərlər
13:16
Foto
Azərbaycanın Bolqarıstandakı Səfirliyində Ümumdünya Şəhərlər Günü münasibətilə tədbir keçirilib
Xarici siyasət
13:01
ISNA: Oman körfəzi sahillərində yanacaq daşıyan gəmi yanıb
Digər ölkələr
12:44
Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatlarına ev sahibliyi edəcək
Fərdi
12:37
ABŞ-də stadionda atışma zamanı bir nəfər ölüb, səkkiz insan yaralanıb - Yenilənib
Digər ölkələr
12:29
Sabah 22 dərəcə isti olacaq
Ekologiya
12:18
Kürdəmirdə sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələnib
Hadisə
12:14
Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
Xarici siyasət
12:07
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Xarici siyasət
12:02
Foto
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Fərdi