ABŞ-də stadionda atışma zamanı bir nəfər ölüb, səkkiz insan yaralanıb - Yenilənib

Digər ölkələr
  • 01 noyabr, 2026
  • 12:37
ABŞ-də stadionda atışma zamanı bir nəfər ölüb, səkkiz insan yaralanıb - Yenilənib

ABŞ-nin Alabama ştatının Birmingem şəhərində "Legion Field" stadionu yaxınlığında baş verən atışmada bir nəfər ölüb, daha səkkiz insan yaralanıb.

"Report"un xəbərinə görə, bu barədə "ABC News" telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, doqquz nəfər güllə xəsarəti alıb, onlardan biri ölüb. Daha bir yaralının vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində bir neçə odlu silah aşkarlayıblar. Şübhəli saxlanılıb və dindirilmək üçün polis nəzarətinə götürülüb.

Daha əvvəl telekanlın yerli bölməsi bir neçə nəfərin yaralandığını bildirib.

Amerikanın Birmingem şəhərində (Alabama ştatı) "Legion Field" stadionunun ərazisində atışma baş verib, bir neçə nəfər xəsarət alıb.

"Report" "ABC News" telekanalına istinadən xəbər verir ki, hadisə oktyabrın 31-i axşam saatlarında, Amerika futbolu üzrə matç başa çatdıqdan bir neçə saat sonra baş verib.

İlkin məlumatlara görə, atışma yerli vaxtla təxminən 19:50-də baş verib.

Xəsarət alanların sayı barədə məlumat yoxdur.

44 filmi