Zelenski Ukraynanın Vaşinqtondakı səfiri postuna namizədlərin adlarını açıqlayıb

Digər ölkələr
  • 21 noyabr, 2026
  • 18:18
Zelenski Ukraynanın Vaşinqtondakı səfiri postuna namizədlərin adlarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Oksana Markarovanın Vaşinqtonda səfir vəzifəsinə qayıtmasını mümkün hesab edir.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zelenski onlayn brifinq zamanı bildirib.

Onun sözlərinə görə, digər mümkün namizədlər sırasında Yuliya Sviridenko, Sergey Kislitsa, Dmitri Kuleba, Pavel Klimkin və hazırkı xarici işlər naziri Andrey Sibiqa nəzərdən keçirilir.

"Mən Andrey İvanoviç Sibiqadan müxtəlif ölkələrdəki səfirlər barədə yekun hesabat gözləyirəm, orada bəzi dəyişikliklər olacaq və sözsüz ki, orada Ukraynanın ABŞ-dəki səfiri ilə bağlı qərar da olacaq. Təkcə ABŞ-də deyil, əsas ölkələrdə də bəzi dəyişikliklər ola bilər. Oksana Markarova səfir ola bilərmi? Onun səviyyəsi kifayət qədərdir, mümkündür. Oksanadan başqa, artıq dediyim kimi, keçmiş baş nazir Yuliya Sviridenko da ABŞ-də səfir ola bilər. Həmçinin Sergey Kislitsanın səviyyəsi də yüksəkdir. Bundan əlavə, Dmitri Kuleba da ABŞ-də səfir ola bilər. Klimkin də məndə şübhə doğurmur. Düşünürəm ki, hazırkı xarici işlər nazirimiz Andrey Sibiqanın səviyyəsi də belə tapşırıqlara uyğundur", - dövlət başçısı bildirib.

44 filmi