Zelenski: Ukrayna Danimarkada FREYJA ofisinin açılması üçün hazırlığı başa çatdırıb

Digər ölkələr
  • 11 noyabr, 2026
  • 16:37
Zelenski: Ukrayna Danimarkada FREYJA ofisinin açılması üçün hazırlığı başa çatdırıb

Ukrayna Norveçlə birlikdə Kopenhagendə Avropanın FREYJA ballistik raketlərə qarşı mübarizə proqramının ofisinin açılması üçün hazırlıqları başa çatdırıb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü Danimarka parlamentində çıxış edərkən bildirib.

Zelenskinin sözlərinə görə, Avropanın ballistik raketlərə qarşı öz müdafiə sisteminə ehtiyacı var, hansı ki, onu aşağı xərclərlə, böyük miqyasda və sürətlə istehsal etmək mümkün olacaq. O qeyd edib ki, hazırda dünyada belə sistemləri istehsal etmək qabiliyyətinə malik yalnız bir neçə ölkə var.

Prezident vurğulayıb ki, FREYJA layihəsinə artıq 11 ölkə qoşulub və onların hər biri öz komponentləri, təcrübəsi və investisiyaları şəklində öz töhfəsini verə bilər.

"Avropanın öz antiballistik müdafiə sisteminə ehtiyacı var – elə bir sistemə ki, onu böyük miqyasda, sürətlə, aşağı xərclərlə istehsal etmək mümkün olsun və həqiqətən işləsin. Biz belə bir sistemi – FREYJA-nı yarada bilərik", – V.Zelenski bildirib.

O əlavə edib ki, ballistik raketlərə qarşı kifayət qədər öz müdafiə vasitələrinin olması Avropanın digər ölkələrdən asılılığını azaldacaq və onun NATO-dakı mövqelərini gücləndirəcək.

44 filmi