Krivoy Roqda raket zərbəsi nəticəsində 58 nəfər xəsarət alıb - Yenilənib
- 21 noyabr, 2026
- 11:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Silahlı Qüvvələrinin Krivoy Roqa (Ukrayna) endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 58 nəfərə çatıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Vilkul bildirib.
Yaralılardan altısı uşaq, üçü təcili yardım həkimi və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşlarıdır.
Xəstəxanalarda 5-i uşaq olmaqla 28 yaralı var. Onlardan 11 nəfərin vəziyyəti ağırdır.
Rusiya qoşunlarının Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi endirməsi nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat verib.
Onun sözlərinə görə, ölənlər arasında 20 yaşlı qız və 7 yaşlı oğlan uşağı var. Yaralananlardan 4-ü uşaqdır. Xəsarət alan 27 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Hücum nəticəsində 23 çoxmənzilli yaşayış binasına, tibb müəssisəsinə və kommersiya obyektlərinə ziyan dəyib.
Hadisə yerində xilasedicilər və təcili xidmət əməkdaşları fəaliyyət göstərir. Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.