Trampa bağlı kriptovalyutanın dəyəri iki saata 50 %-dən çox ucuzlaşıb

Digər ölkələr
  • 29 noyabr, 2026
  • 07:11
Trampa bağlı kriptovalyutanın dəyəri iki saata 50 %-dən çox ucuzlaşıb

ABŞ Prezidenti Donald Trampla əlaqələndirilən World Liberty Financial (WLF) kriptovalyuta şirkətinin tokeninin dəyəri iki saat ərzində 50 %-dən çox azalıb.

"Report" xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Noyabrın 28-dən 29-na keçən gecə kriptovalyutanın qiyməti 0,037 dollardan 0,016 dollara düşüb.

Kəskin ucuzlaşmadan sonra şirkət kriptovalyuta birjası "Binance"i bazarı manipulyasiya etməkdə ittiham edib. WLF-in iddiasına görə, birja tokenin alışı və satışı üzrə mövqeləri müstəqil şəkildə bağlayıb və bu, onun dəyərinin kəskin azalmasına səbəb olub.

"Binance" isə vəziyyətdən xəbərdar olduğunu və qeyd olunan dövr üzrə bazar aktivliyini təhlil etdiyini bildirib.

Telekanalın qeyd etdiyi kimi, hadisə Tramp və WLF-ə qarşı Kolumbiya dairəsindəki məhkəməyə iddia qaldırılmasından bir ay sonra baş verib. İddiada 2 milyard dollardan çox məbləğdə kriptovalyuta əməliyyatları ilə əlaqəli korrupsiya ittihamları irəli sürülüb.

44 filmi