Slovakiyada hərbi təyyarə qəzaya uğrayıb
Digər ölkələr
- 10 oktyabr, 2018
- 19:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 oktyabr. REPORT.AZ/ Slovakiyanın Sliaç aviabazası ərazisində "L-39" tipli hərbi təyyarə qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bunu jurnalistlərə ölkənin müdafiə idarəsinin rəhbəri Peter Qaydoş deyib.
Bildirilir ki, hər iki pilot katapult edə bilib.
Qaydoşun sözlərinə görə, təlimlərə iki hava gəmisi cəlb olunub.
"Sonra hava hərəkətləri zamanı təyyarələrdən biri idarəetməni itirib və yerə düşüb", - deyə o, əlavə edib.
İdarə rəhbəri həmçinin bildirib ki, hadisəyə təyyarənin mühərrikinin sıradan çıxması səbəb olub.
Xatırladaq ki, "Report" ötən ay Amerikanın Cənubi Karolina ştatında ən yeni istehsallardan olan "F-35B" tipli təyyarə qəzaya uğraması barədə xəbər dərc etmişdi.
Son xəbərlər
09:38
Pərviz Şahbazov: Böyük güclərin müqaviməti fonunda qazanılan Zəfər dünyada yeni presedent yaradıb
Daxili siyasət
09:33
Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq
Komanda
09:30
Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər
Daxili siyasət
09:20
Şəmkirdə ağaca çırpılan maşındakı sərnişinlərdən biri ölüb – Yenilənib
Hadisə
09:11
Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb
Daxili siyasət
09:02
BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib
Digər ölkələr
09:00
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media