Səudiyyə kralı qiymət artımının təsirlərinə qarşı 5 milyard dollardan çox vəsait ayırır
Digər ölkələr
- 05 iyul, 2022
- 01:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud qlobal qiymət artımının təsirlərini aradan qaldırmaq və ölkə əhalisinin ehtiyacı olan təbəqələrinə kömək etmək üçün 20 milyard rial (təxminən 5,33 milyard dollar) ayrılması barədə göstəriş verib.
"Report" xəbər verir ki, bu barədə ölkənin SAP agentliyi məlumat yayıb.
Kral fərmanına əsasən, birdəfəlik nağd pul köçürmələri şəklində 10,4 milyard riyal (2,77 milyard dollar) sosial təminat alanlara və xırda heyvandarlara dəstək olacaq. Bu, Səudiyyə ailələrinin sosial müdafiəsini təmin etmək üçün 2017-ci ildə istifadəyə verilmiş elektron subsidiya platformasıdır.
Məbləğin qalan hissəsi əsas malların strateji ehtiyatlarının artırılmasına yönəldiləcək.
Son xəbərlər
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr