Rusiyanın Zaporojye və Xerson vilayətlərinə hücumları nəticəsində 4 nəfər həlak olub
Digər ölkələr
- 17 avqust, 2026
- 10:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.
Onun sözlərinə görə, sutka ərzində 60 yaşayış məntəqəsinə 1217 zərbə endirilib.
"Zaporojye vilayətinə endirilən zərbələr nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb", - İ.Fyodorov qeyd edib.
Həmçinin Xerson vilayətinə hücum nəticəsində iki nəfərin həlak olduğu bildirilir.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin qeyd edib ki, insanların ölümünə səbəb olan zərbə FPV-dron vasitəsilə endirilib.
Son xəbərlər
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol
00:35
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb
Digər ölkələr
00:27
Netanyahu partiyası seçkilərdə liderdir, lakin koalisiya çoxluğu qazana bilmir
Digər ölkələr
00:04
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan birinciliklərinə start verilib
Fərdi
00:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
Daxili siyasət
23:58
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qələbə qazanıb
Komanda