"Reuters": Avropada bir neçə təyyarə partlayış təhlükəsi səbəbindən məcburi eniş edib

Digər ölkələr
  • 05 noyabr, 2026
  • 14:33
Reuters: Avropada bir neçə təyyarə partlayış təhlükəsi səbəbindən məcburi eniş edib

Bu gün bir neçə sərnişin təyyarəsi partlayış təhlükəsi barədə məlumatlara görə marşrutlarını dəyişməyə və Avropanın müxtəlif ölkələrində planlaşdırılmamış enişlər etməyə məcbur olub.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Dublindən Romaya EI402 reysini yerinə yetirən "Aer Lingus" aviaşirkətinin təyyarəsi Parisdən təxminən 100 km qərbdə yerləşən Evre hava limanında təhlükəsiz şəkildə eniş edib.

Belçika mediasının məlumatına görə, Brüsselin "Zaventem" hava limanında məcburi eniş edən təyyarə Polşanın "LOT" aviaşirkətinə məxsus olub.

Bu arada, Helsinkidən uçan "Finnair" təyyarəsi İtaliya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərəfindən Romadakı planlaşdırılmış təyinat hava limanına qədər təhlükəsiz şəkildə müşayiət olunub. Bu barədə vəziyyətlə tanış olan mənbə bildirib.

Bolqarıstan rəsmiləri partlayış təhdidləri səbəbindən təcili eniş edən üç təyyarə barədə məlumat veriblər.

"bTV" telekanalının məlumatına görə, Kopenhagen və Madriddən gələn iki təyyarə Sofiyada eniş edib. Londondan uçan daha bir layner isə Plovdivdə eniş edib.

44 filmi