Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

Digər ölkələr
  • 21 noyabr, 2026
  • 04:45
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstərişi ötən həftə verib. Qəzetin mənbələri hesab edirlər ki, Kanada hakimiyyəti bu qərarı Vaşinqtonun ciddi diplomatik addımı kimi qiymətləndirə bilər.

Bununla belə, qarşıdakı məhdudiyyətlərin miqyası hələlik məlum deyil. Mənbələrin bildirdiyinə görə, qərar kəşfiyyat məlumatlarının mübadiləsinə, eləcə də iki ölkənin silahlı qüvvələrinin NATO və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) çərçivəsində əməkdaşlığına təsir etməyəcək.

ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məsələ ilə bağlı açıqlamasında Vaşinqtonun hər iki ölkənin təhlükəsizliyinin gücləndirilməsinə töhfə verən ikitərəfli əməkdaşlıq istiqamətlərinə diqqət yetirmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ hər iki ölkənin ərazilərinin və ortaq yarımkürənin müdafiəsini gücləndirən, eyni zamanda Kanadanın NATO qarşısında öhdəliklərini yerinə yetirmək imkanlarını dəstəkləyən ikitərəfli əməkdaşlıq imkanlarına üstünlük verir.

44 filmi