Norveç Ukraynanın müdafiə sənayesinə investisiyalar üçün 107 milyon dollar ayıracaq

Digər ölkələr
  • 03 noyabr, 2026
  • 17:19
Norveç Ukraynanın müdafiə sənayesinə investisiyalar üçün 107 milyon dollar ayıracaq

Norveç hökuməti Ukraynanın müdafiə sənayesinə investisiyalar üçün 1 milyard Norveç kronu (təxminən 107,6 milyon dollar) yönəldəcək.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat verib.

Maliyyələşdirmə Ukraynanın müdafiə sektoruna investisiyalar üçün əlavə özəl Norveç kapitalını cəlb etmək məqsədi daşıyır.

"Norveç investisiyaları Ukraynanın müdafiə sektorunun daha sürətlə inkişaf etməsinə kömək edə bilər", - bu ölkənin ticarət və sənaye naziri Sesiliya Mirset bildirib.

İnvestisiya proqramının idarə olunması ilə Norveçin dövlət şirkəti olan "Investinor" məşğul olacaq.

44 filmi