İsveçrə kəşfiyyatı: Ukraynadakı müharibənin bu il başa çatma ehtimalı azdır

Digər ölkələr
  • 27 iyun, 2023
  • 14:19
İsveçrə kəşfiyyatı: Ukraynadakı müharibənin bu il başa çatma ehtimalı azdır

Ukraynada müharibənin 2023-cü ilin sonuna qədər bitməsi ehtimalı azdır. Kreml mübarizəni davam etdirmək istəyir.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə İsveçrə xüsusi xidmət orqanlarının dövlət təhlükəsizliyi üzrə illik hesabatında deyilir.

Kəşfiyyat orqanları Rusiya ilə atəşkəs danışıqlarına başlamaq üçün Ukraynaya Qərbin təzyiqinin güclənəcəyini də proqnozlaşdırır.