Hindistanda təyyarə qəzasının baş verdiyi ərazidə təxminən 50 nəfər xəsarət alıb
Digər ölkələr
- 12 iyun, 2025
- 17:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğradığı ərazidə təxminən 50 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qucarat ştatının Səhiyyə və Sosial Təminat Departamentinin rəis müavini Dhanancay Dvivedi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, təyyarə tibb kollecinin yataqxanası, ştat xəstəxanasının işçi heyətinin binası və digər binaların yerləşdiyi yaşayış rayonuna düşüb.
"Bu rayonun sakinləri xəsarət alıblar. Təxminən 50 yaralı Əhmədabad xəstəxanalarına çatdırılıb", - rəis müavini qeyd edib.
D.Dvivedinin sözlərinə görə, bəzi yaralıların vəziyyəti stabil ağırdır.
Son xəbərlər
09:50
Lerikdə dəfinə axtaran şəxs dərəyə yıxılaraq ölüb
Hadisə
09:50
Stiv Uitkoff Rusiyaya gedib
Region
09:49
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Biznes
09:46
Polşada qətllər planlaşdırmaqda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb
Digər ölkələr
09:45
Video
Bakının mərkəzində restoran yanıb
Hadisə
09:43
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Energetika
09:32
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
Komanda
09:27
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
09:23
Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Xarici siyasət