Lerikdə dəfinə axtaran şəxs dərəyə yıxılaraq ölüb

Hadisə
  • 21 oktyabr, 2026
  • 09:50
Lerikdə dəfinə axtaran şəxs dərəyə yıxılaraq ölüb

Lerik rayonunda dəfinə axtaran şəxs dərəyə yıxılaraq ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində baş verib.

Ərazidə qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

Həmin şəxslər saxlanılarkən polisə müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Qanunsuz qazıntı fəaliyyətində iştirak edən E.Kərimov saxlanılıb. Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin üçüncü iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.