Hindistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var
Digər ölkələr
- 04 noyabr, 2018
- 16:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 noyabr. REPORT.AZ/ Hindistanda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli PTI agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında, Sonipat şəhərində qeydə alınıb. Yük avtomobilinin minik maşını və digər avtomobillə toqquşması nəticəsində azı 12 nəfər ölüb, daha 7 nəfər yaralanıb. Sonipat şəhərinin polis bölməsinin rəisi Pratikş Qodar məlumatı təsdiqləyib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb, nəqliyyat vasitəsi isə polis tərəfindən müsadirə edilib.
Son xəbərlər
18:03
"Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazlarına 62 investor maraq göstərib
Maliyyə
18:01
Mərakeşli gənclər Naxçıvana səfər ediblər
Xarici siyasət
17:59
Səfir: Niderland XİN başçısının Bakıya səfəri zamanı əməkdaşlığa dair "Yol xəritəsi" qəbul ediləcək - Eksklüziv
Xarici siyasət
17:54
4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib
Hadisə
17:53
AZAL beynəlxalq forumda birbaşa hava əlaqələrinin yaradılmasını müzakirə edib
İnfrastruktur
17:53
Türkiyə ərazisi ilə Suriyaya nəql edilən Azərbaycan qazının həcmi 1 milyard kubmetri keçib
Energetika
17:52
Fransa DİN rəhbəri: Paris yaxınlığında baş verən atışma terror aktıdır - Yenilənib
Digər ölkələr
17:47
Video
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
Fərdi
17:47
Foto
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Xarici siyasət