G7 ölkələri Ukraynaya maliyyə dəstəyini aktivləşdirir

Digər ölkələr
  • 11 noyabr, 2026
  • 18:40
G7 ölkələri Ukraynaya maliyyə dəstəyini aktivləşdirir

G7 ölkələrinin xarici işlər nazirləri qış dövründə Ukraynaya maliyyə dəstəyini gücləndirməklə bağlı razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in nazirlərin Parisdəki görüşünün yekunlarına dair dərc etdiyi bəyanatda deyilir.

"Biz Ukraynanın enerji təhlükəsizliyinin dəstəklənməsinə sadiqliyimizi təsdiq etdik və bu ölkənin qışı keçirməsinə kömək etmək üçün maliyyə və maddi dəstəyimizi fəallaşdırmaq qərarına gəldik", – bəyanatda deyilir.

Qeyd olunur ki, "Yeddilik qrupu" ölkələrinin XİN başçıları Ukraynanın 2027-ci il və ondan sonrakı dövr üçün təxirəsalınmaz maliyyə ehtiyacları məsələlərinin əlaqələndirilmiş şəkildə həll edilməsinin zəruriliyini qəbul ediblər.

44 filmi