Ekvadorda prezidentliyə namizədi öldürənlər saxlanılıb, hamısı başqa ölkənin vətəndaşlarıdır
Digər ölkələr
- 11 avqust, 2023
- 04:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ekvadorda prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlinə görə saxlanılanların hamısı başqa ölkənin vətəndaşlarıdır.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, istintaq tədbirləri nəticəsində polis Konokoto sektorunda və şəhərin cənubunda bir neçə ünvanda axtarışlar aparıb. Nəticədə 6 nəfər saxlanılıb, onların hamısı başqa ölkənin vətəndaşıdır.
Daxili İşlər Nazirliyinin bəyanatında saxlanılanların vətəndaşlığı dəqiqləşdirilməyib.
“El Tiempo” qəzetinin məlumatına görə, şübhəlilərin hamısı Kolumbiya vətəndaşlarıdır. Nəşrin məlumatına görə, onlardan ən azı biri artıq qətl və narkotik alverinə görə mühakimə olunub.
Son xəbərlər
11:58
Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib
Milli Məclis
11:57
MM hüquqi şəxslərin satınalmalar üzrə müqavilələrinin elektron formada rəsmiləşdirilməsini təsdiqləyib
Milli Məclis
11:56
Parlament "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" ratifikasiya edib
Milli Məclis
11:56
"Səbail" klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
Futbol
11:53
Foto
Güclü sel Ordubadın kəndlərində fəsadlar törədib
Hadisə
11:52
Foto
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Daxili siyasət
11:49
Çində 7,0 maqnitudalı zəlzələdə xəsarət alanların sayı 76-ya çatıb - Yenilənib-2
Digər ölkələr
11:46
Rizvan Nəbiyev: Regionda sülhün qorunması üçün Ermənistan konstitusiyasını dəyişməlidir
Milli Məclis
11:46
Deputat: "Mobil nömrələrin təkrar dövriyyəsi ilə bağlı tələblər olmalıdır"
İKT