Güclü sel Ordubadın kəndlərində fəsadlar törədib

Hadisə
  • 23 oktyabr, 2026
  • 11:53
Güclü sel Ordubadın kəndlərində fəsadlar törədib

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun Dırnıs və Kələki kəndlərindən ötən gecə keçən sel ciddi fəsadlar törədib.

"Report"un yerli bürosu xəbər verir ki, güclü yağışların ardınca gələn sel sözügedən kəndlərdə təsərrüfat sahələrinə və şəxsi nəqliyyat vasitələrinə ziyan vurub.

Hadisənin vurduğu ziyanın miqyası ilə bağlı əlavə məlumat verilməyib.

44 filmi