Çexiya Prezidenti seçkilərdə iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyub
Digər ölkələr
- 09 oktyabr, 2026
- 23:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çexiya Prezidenti Petr Pavel bələdiyyə və Senat seçkilərində səs vermək üçün bir neçə saatlıq Mərakeşdən vətənə qayıdıb.
"Report" "Idnes" portalına istinadən xəbər verir ki, dövlət başçısı səsvermədə iştirak etməmək barədə ilkin qərarının tənqid olunmasından sonra məzuniyyətini yarımçıq qoyub.
Pavel ünvanına səsləndirilən iradları haqlı qəbul edib və planlarına yenidən baxıb. O, Kasablankadan Praqaya özəl aviaşirkətin təyyarəsi ilə uçub, səsvermədən sonra isə Mərakeşə qayıdıb. Uçuş xərclərini prezident öz şəxsi vəsaiti hesabına ödəyib.
Çexiyada cümə və şənbə günləri yerli özünüidarəetmə orqanlarına, eləcə də parlamentin yuxarı palatası olan Senatın tərkibinin üçdə birinə seçkilər keçirilir.
Son xəbərlər
17:39
Atletika üzrə Avropa çempionatı 2030-cu ildə Helsinkidə keçiriləcək
Fərdi
17:22
Cənubi Koreya Azərbaycanla aviasiya sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
İnfrastruktur
17:22
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Hadisə
17:18
Foto
KPMG "Yaşıl Enerji Dəhlizi" ilə bağlı 4 prioritet istiqaməti müəyyən edib
Energetika
17:18
Foto
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Fərdi
17:12
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
17:08
Arif Əsədov: "Azərbaycan millisinin heyətində əsas yığma səviyyəsinə yüksələcək futbolçular var"
Futbol
17:07
Azərbaycan Britaniya şirkəti ilə "Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı nəzərdən keçirib
Energetika
17:07
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
Maliyyə