Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Fərdi
  • 22 oktyabr, 2026
  • 17:18
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən yarışın açılış mərasimi "Climb Baku" İdman Dırmanma Mərkəzində baş tutub.

Tədbirdə çıxış edən Azərbaycan Alpinizm Federasiyasının prezidenti Ağakərim Səmədzadə idman dırmanmasının beynəlxalq səviyyədə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın bu idman növündə əsas hədəfinin beynəlxalq yarışlarda uğur qazanan idmançılar yetişdirmək olduğunu vurğulayıb.

Xatırladaq ki, çempionatda 16 yaş və yuxarı qadın və kişi idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparırlar.

Yarışın ilk iki günündə idmançılar çətinlik, 24-25 oktyabrda bouldering növü üzrə təsnifat və final mərhələlərində yarışacaqlar. Çempionat oktyabrın 25-də qaliblərin mükafatlandırılması və rəsmi bağlanış mərasimi ilə yekunlaşacaq.

44 filmi