Avropa Komissiyası Ukrayna üçün 45 milyard avroluq yeni dəstək aləti təqdim edib

Digər ölkələr
  • 18 noyabr, 2026
  • 14:43
Avropa Komissiyası Ukrayna üçün 45 milyard avroluq yeni dəstək aləti təqdim edib

Avropa Komissiyası 2027-ci ildə Kiyevə 45 milyard avroya qədər vəsaitin ayrılmasını nəzərdə tutan Ukrayna üçün Əlaqələndirilmiş Dəstək Alətini təqdim edib.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün Brüsseldə bildirib.

"2027-ci ildə Ukraynanın maliyyələşdirilməsində boşluq mövcuddur. Bu gün biz 2027-ci il üçün Ukraynaya Dəstək Aləti təklif edirik. Bu alətin dəyəri 45 milyard avrodur", - o bildirib.

Fon der Lyayenin sözlərinə görə, Ukrayna bu vəsaiti Rusiya təzminat ödədikdən sonra qaytaracaq.

44 filmi