ABŞ üçün başlıca təhlükələr açıqlandı
Digər ölkələr
- 07 oktyabr, 2020
- 09:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ hökuməti ölkənin 2020-ci ildə üzləşdiyi başlıca təhlükələrin müxtəsər sadalandığı HTA (Homeland Threat Assessment – Vətənə Təhlükənin Dəyərləndirməsi) adlı sənədi yayımlayıb.
“Report” Vətənin Təhlükəsizliyi Departamentinə (DHS) istinadən xəbər verir ki, sənəddə qeyd olunan təhlükə mənbələri aşağıdakılardır:
- Həm xarici dövlətlər, həm də qeyri-dövlət qurumları tərəfindən kiber təhlükələr kəskin qalaraq daha da artacaq.
- COVID-19 pandemiyası ABŞ-ın iqtisadi rəqiblərinin əlinə amerika xalqını istismar etmək üçün yeni imkanlar verəcək.
- Çin, Rusiya, İran kiber imkanlarından istifadə etməklə 2020-ci il seçkilərinə müdaxilə üçün ölkənin mühüm infrastrukturunu təhlükəyə qoymağa, seçicilərə təsir göstərməyə çalışacaq.
- İdeoloji təsirlər altındakı fərdi şəxslər və kiçik qruplar böyük terror təhlükəsi yaradacaq.
- Transmilli kriminal təşkilatlar ölkənin ictimai səhiyyəsi və təhlükəsizliyini, habelə Meksika mənşəli qruplarla birgə milli təhlükəsizliyi təhdid edəcək.
- COVID-19 pandemiyası ilə bağlı Mərkəzi və Cənubi Amerika, Karib hövzəsi ölkələrindən gözlənilən köç dalğası ölkənin cənub-qərb regionunda iqtisadi və siyasi vəziyyətə mənfi təsir göstərəcək.
- Təbii yoluxucu xəstəliklər də amerikalıların gündəlik həyatını və təhlükəsizliyini təhdid edəcək.
“Amerika xalqı bu sənədi oxuduqda Vətənimizin üzləşdiyi terrorçuluq və mütəşəkkil cinayətkarlıq kimi ənənəvi təhlükələrdən daha çox xəbərdar olacaq. Həmçinin Çin, Rusiya, İran kimi ölkələr tərəfindən də Vətənimizə əhəmiyyətli dərəcədə təhlükə törətdiklərini də anlayacaqlar”, – departamentin icraçı katibi Çad Volf qeyd edib.
Son xəbərlər
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region