ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib

Digər ölkələr
  • 16 noyabr, 2026
  • 05:31
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib

ABŞ-nin atom "USS Theodore Roosevelt" təyyarədaşıyan gəmisi Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olub.

"Report"un məlumatına görə, bu barədə "Axios"un jurnalisti Barak Ravid ABŞ rəsmisinə istinadən xəbər verib.

Gəminin gəlişi ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin üç zərbə qrupu artıq İranın cənub-şərqində yerləşdirilib. Ravid qeyd edir ki, bu, yeddi aydan çoxdur davam edən İranla müharibə fonunda ABŞ dəniz qüvvələrinin qeyri-adi dərəcədə yüksək səviyyədə mövcudluğunu göstərir.

Təyyarədaşıyıcıdan əlavə üçüncü qrupa idarə olunan "USS Chosin" raket kreyseri, iki ədad "USS Paul Hamilton" esminesi, "USS Decatur" - və elektron kəşfiyyat, yerüstü və sualtı müşahidə, erkən xəbərdarlıq missiyaları yerinə yetirmək üçün nəzərdə tutulmuş orta pilotsuz (MUSV) "Seahawk" gəmisi daxildir.

"USS George Washington" və "USS George Bush" təyyarədaşıyan gəmiləri hazırda İranın cənub-şərqində, Ərəbistan dənizində döyüş növbətçiliyi aparır. Onların hər birində 48 qırıcı təyyarə var. İran yaxınlığında bir kreyser və 11 idarə olunan raket esminesi, eləcə də "USS Miguel Keith" ekspedisiya dəniz bazası da yerləşdirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi də Qırmızı dənizdə, daha dördü isə Aralıq dənizinin şərqindədir.