Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb

Daxili siyasət
  • 08 noyabr, 2026
  • 19:08
Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələrinin üzvləri ilə görüş keçiriblər.

"Report" xəbər verir ki, görüş çərçivəsində şəhid ailələrinin üzvlərinin müraciətləri, onları narahat edən məsələlər və mövcud problemlər diqqətlə dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi edilib.

Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, onların ailələrinin sosial rifahının, qayğı və ehtiyaclarının diqqətdə saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Şəhid ailələri ilə mütəmadi əlaqələrin saxlanılmasının, onların müraciətlərinə həssaslıqla yanaşılmasının və qaldırılan məsələlərin həlli istiqamətində zəruri addımların atılmasının vacibliyi vurğulanıb.