Ötən ay Bakıda ticarət dövriyyəsinin həcmi 7 %-dən çox artıb

Biznes
  • 24 fevral, 2024
  • 12:17
Ötən ay Bakıda ticarət dövriyyəsinin həcmi 7 %-dən çox artıb

Bu ilin yanvar ayında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 7,4 % artaraq 2 milyard 710 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 % artaraq 1 milyard 463 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,3 % artaraq 1 milyard 247 milyon manata bərabər olub.

İstehlak məhsullarının 33,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,5 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5 % artıb.

44 filmi