Köhnə və yeni tikililərdə 2 otaqlı mənzillərin qiyməti daha çox Xətai və Səbail rayonlarında artıb
- 06 may, 2024
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin aprel ayında Bakının daşınmaz əmlak bazarında köhnə 2 otaqlı mənzilin qiyməti (1 kvm-ə görə) ötən ilin müvafiq dövrü ilə müqayisədə ortalama olaraq 8,8 % artıb.
Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ötən ay paytaxtda yeni tikililərdə 2 otaqlı mənzilin qiyməti isə (1 kvm-ə görə) ötən ilin eyni ayı ilə müqayisədə ortalama 12 % artıb.
O bildirib ki, Bakıda 2 otaqlı mənzilin qiyməti köhnə tikililərdə ən çox Xətai rayonunda bahalaşıb. Bu rayonda bahalaşma ötən ilin eyni ayı ilə müqayisədə 12,2 % olub. Yeni tikililərdə isə qiymət artımı illik müqayisədə 15,2 % təşkil edib.
V. Oruc deyib ki, Bakının Qaradağ rayonunda 2 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 4,1 %, yeni tikililərdə 6,9 % artıb: “Suraxanı rayonunda hər 1 kvm-ə görə 5 % (yeni tikililərdə 7,3 %), Sabunçu rayonunda 6,8 % (yeni tikililərdə 9,1 %) olub. Bundan başqa, bu müddət ərzində Binəqədi rayonunda 1 otaqlı mənzilin qiyməti köhnə tikililərdə 7,8 % (yeni tikililərdə 10,1 %), Nizami rayonunda 9,5 % (yeni tikililərdə 14,6 %), Nəsimi rayonunda 9,6 % (yeni tikililərdə 13,5 %), Yasamal rayonunda 10,5 % (yeni tikililərdə 13,9 %) artıb”.
Həmçinin, Nərimanov rayonunda 2 otaqlı mənzilin qiyməti köhnə tikililərdə hər 1 kvm-ə görə 11,5 %, yeni tikililərdə isə 14,3 % artıb.