Azərbaycanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan xeyli mal məhv edilib
- 25 dekabr, 2018
- 08:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
"Report"un məlumatına görə, prosesdə iştirak edən DGK-nın Əməliyyat İstintaq İdarəsinin rəis müavini Fikrət Ələsgərli bildirib ki, ümumilikdə, 2 929 ədəd alkoqollu və sərinləşdirici içkilər, 10 793 360 ədəd tütün və tütün məmulatı, 3 861 ədəd mobil telefonlar, 1 312 ədəd müxtəlif aksesuarlar, 58 242 ədəd istifadə müddəti birmiş dərman preparatları, 9 611 630 ədəd pirotexniki vasitələr məhv edilib.
Məhvetmə Komitənin "Azterminalkompleks" birliyinin direktoru Ehtiram Xəlilovun və media nümayəndələrinin iştirakı ilə, müvafiq ekspert rəyi və məhkəmə qərarı əsasında baş tutub.