Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb

Biznes
  • 09 noyabr, 2026
  • 17:27
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur.

Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 7,9 % azdır.

Yanvar-oktyabr aylarında Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 3,8 % azalaraq 13,659 milyard ABŞ dollarına, oktyabrda isə 14,1 % artaraq 1,296 milyard ABŞ dollarına enib.

Türkiyədən ən çox geyim idxalını Almaniya (1 milyard 959,542 milyon ABŞ dolları dəyərində, 1 il əvvələ nisbətən 12,9 % az), Niderland (1 milyard 534,599 milyon ABŞ dolları, 7 % az) və İspaniya (1 milyard 463,715 milyon ABŞ dolları, 1 % çox) həyata keçirib.

44 filmi