Azərbaycan Gürcüstanın mineral məhsullar aldığı ikinci əsas bazardır

Biznes
  • 20 fevral, 2024
  • 08:13
Azərbaycan Gürcüstanın mineral məhsullar aldığı ikinci əsas bazardır

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 44,5 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, son 8 ildə eyni dövr üçün ən yüksək göstəricidir, amma ötən ilin eyni dövrünün göstəricisindən 26 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən 43 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 166 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 38 % azdır.

Ötən ay Gürcüstan Rusiyadan 76 milyon ABŞ dolları, Rumıniyadan 10,8 milyon ABŞ dolları, Türkiyədən 10,3 milyon ABŞ dolları, Bolqarıstandan 9,5 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.