Azərbaycan Gürcüstanın mineral məhsul aldığı ikinci əsas bazardır

Biznes
  • 22 yanvar, 2024
  • 15:12
Azərbaycan Gürcüstanın mineral məhsul aldığı ikinci əsas bazardır

2023-cü ildə Gürcüstan Azərbaycandan 484 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 0,2 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən 71 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 27 % azdır.

Ötən il Gürcüstan Rusiyadan 777 milyon ABŞ dolları, Ermənistandan 222 milyon ABŞ dolları, Rumıniyadan 168 milyon ABŞ dolları, Bolqarıstandan 101 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 2,964 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 483 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan adıçəkilən məhsulların tədarükünə çəkdiyi xərci 1,6 % azalıb.