Azərbaycan Gürcüstan məhsullarının idxalını 63 % artırıb
Biznes
- 19 fevral, 2021
- 07:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 6,3 milyon ABŞ dolları dəyərində yerli məhsul ixrac olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, ixracın həcmi illik müqayisədə 62,7 % artıb. Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,8 % payla qonşu ölkədə istehsal olunan məhsulların 10 əsas idxalçısı arasında VII yeri tutub.
Ötən ay Gürcüstan yerli məhsullardan xarici ölkələrə ən çox mis filizləri və konsentratları, ferroərintilər, təbii, mineral və qazlı sular, təzə üzüm şərabı, fındıq, azot gübrələr, spirtli içkilər, trikotaj köynəklər və digər məhsullar ixrac edib.
Son xəbərlər
09:33
Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq
Komanda
09:30
Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər
Daxili siyasət
09:20
Şəmkirdə ağaca çırpılan maşındakı sərnişinlərdən biri ölüb – Yenilənib
Hadisə
09:11
Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb
Daxili siyasət
09:02
BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib
Digər ölkələr
09:00
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media
08:31
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Digər ölkələr