Azərbaycan Çuvaş Respublikasından min tondan çox taxıl və kartof alıb
- 24 dekabr, 2024
- 12:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il Azərbaycan Rusiyanın Çuvaş Respublikasından 1 min tondan çox taxıl, 826 ton toxumluq kartof, 300 ton ərzaqlıq kartof idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bölgənin əsas idxalçısı Qazaxıstan olub. Bu ölkə Çuvaş Respublikasından 11 min tona yaxın taxıl, 2 mindən çox taxıl kəpəyi, 253 ton toxumluq və ərzaqlıq kartof alıb. Regiondan Belarusa 3,3 min ton arpa səmənisi, sənaye emalı üçün 427 ton raps və 211 ton xardal toxumu ixrac edilib.
Bu dövr ərzində Çuvaş Respublikasından Özbəkistana – 641 ton buğda və çovdar unu, 100 ton toxumluq kartof, Çin Xalq Respublikasına isə 3,2 min ton ərzaqlıq noxud göndərilib.
İxrac edilən bütün məhsullar laboratoriyalarda yoxlanılıb və bütün məhsullar idxalçı ölkələrin karantin fitosanitar tələblərinə cavab verib. “Rosselxoznadzor”un mütəxəssisləri bitkiçilik məhsullarına 907 fitosanitar sertifikat verib.