Abşeron Olimpiya İdman Kompleksi 18 mln. manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb

Biznes
  • 25 aprel, 2018
  • 04:53
Abşeron Olimpiya İdman Kompleksi 18 mln. manatlıq nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb

Bakı. 25 aprel. REPORT.AZ/ Vergilər Nazirliyi “Abşeron Olimpiya İdman Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni kommersiya qurumunun hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi, 17 km, nizamnamə kapitalı 17 661 606 manat, qanuni təmsilçisi isə Əjdər İsmayıl oğlu Abbasovdur.