Zaxarova: “Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçiriləcək”

Xarici siyasət
  • 27 aprel, 2023
  • 10:10
Zaxarova: “Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçiriləcək”
Mariya Zaxarova

“Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş üçün razılıq əldə olunub, görüşün dəqiq tarixi daha sonra açıqlanacaq”.

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.