Səfir: "Yunanıstandakı azərbaycanlılar arasında koronavirusa yoluxan yoxdur"
Xarici siyasət
- 06 aprel, 2020
- 17:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Yunanıstanda yaşayan azərbaycanlıların sayı nisbətən azdır. Səfirlikdə qeydiyyatda olan cəmi 63 nəfər var".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov deyib.
Səfir bildirib ki, qeydiyyatda olan şəxslərdən 50 nəfəri müvəqqəti, 13-ü isə daimi yaşayanlardır:
"Müvəqqəti yaşayanlar arasında cəmi 7 nəfər tələbə var. Onlar da qısamüddətli təhsil proqramı çərçivəsində ölkəyə səfər ediblər. Tələbələrin hər biri ilə səfirlik daimi ünsiyyət və təmas saxlayır. Onların hamısına ölkədə tətbiq olunan qadağalara ciddi şəkildə riayət etmələri tövsiyə olunub".
A.Hüseynov qeyd edib ki, Yunanıstanda olan azərbaycanlılar arasında koronavirusa yoluxanlar barədə məlumat yoxdur.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi