Yaxın vaxtlarda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Xarici siyasət
  • 16 iyun, 2026
  • 14:41
Yaxın vaxtlarda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

Azərbaycan və Böyük Britaniya yaxın zamanda Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirməyi planlaşdırır.

Bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlik həmçinin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, məsələ bu gün Böyük Britaniyanın investisiyalar üzrə dövlət naziri Ceyson Stokvudla Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında aparılan danışıqlar zamanı müzakirə edilib.

"Böyük Britaniya və Azərbaycan arasında bu il keçiriləcək Birgə Hökumətlərarası Komissiyanın iclası ərəfəsində strateji tərəfdaşlığa yeni təkan", – paylaşımda qeyd olunub.