Türk dünyasının irsi vahid rəqəmsal məkanda birləşdiriləcək
- 27 oktyabr, 2026
- 16:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının maddi və qeyri-maddi irsinin vahid rəqəmsal məkanda birləşdirilməsinə yönəlmiş layihə həyata keçirir.
"Report" xəbər verir ki, bunu Fondun Prezidenti Aktotı Raimkulova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Onun sözlərinə görə, "Türk İrsinin Rəqəmsal Platforması" layihəsi fonda üzv dövlətlərin ekspertləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb, onun texnoloji infrastrukturu isə Beynəlxalq Süni İntellekt Mərkəzində (AI International Center for Artificial Intelligence) yerləşdirilib.
A.Raimkulova qeyd edib ki, bu təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasının ortaq mədəni irsinin qorunması və onun qanunsuz istifadəsinin qarşısının alınması ilə bağlı yanaşmasına uyğundur.
"Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, bizim ortaq mədəni irsimizin qorunması və onun qanunsuz istifadəsinin qarşısının alınması birgə fəaliyyətin əsas prioritetləri sırasına daxil olmalıdır. O, həmçinin yeni texnologiyaların və süni intellektin mənimsənilməsi ilə eyni zamanda Türk dünyasının mədəni zənginliyinin qorunub saxlanılmasının vacibliyini qeyd etdi", - o bildirib.
Fondun prezidenti həmçinin məlumat verib ki, təşkilat üzv və müşahidəçi dövlətlərdə Türk dünyasının mədəni irsinin rəqəmsallaşdırılması üzrə səyləri dəstəkləyir.