Tom Berendsen Ceyhun Bayramovu Niderlanda səfərə dəvət edib

Xarici siyasət
  • 26 oktyabr, 2026
  • 13:31
Tom Berendsen Ceyhun Bayramovu Niderlanda səfərə dəvət edib

Niderland XİN başçısı Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovu Haaqaya səfərə dəvət edib.

"Report" xəbər verir ki, bunu Berendsen Bakıda Azərbaycan XİN başçısı ilə birgə mətbuat konfransında bildirib.

"Nazir Bayramova məzmunlu fikir mübadiləsinə görə təşəkkür etmək istəyirəm. Bugünkü müzakirələr əsasında əməkdaşlığımızın daha da inkişaf etdiriləcəyinə ümid edirəm. Və danışıqlar zamanı artıq dediyim kimi, birgə işimizi davam etdirmək üçün sizi Haaqada salamlamaqdan məmnun olaram", - Berendsen deyib.